Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 10:20

SOCAR 'Gazprom' və 'Rosneft'lə danışıqlar aparıb


Rövnəq Abdullayev

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın «Gazprom» və «Rosneft» şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsini müzakirə edib.

Bu haqda SOCAR-ın mətbuat xidməti xəbər yayıb.

Xəbərdə bildirilir ki, şirkətin prezidenti Rövnəq Abdullayev avqustun 21-də Sankt-Peterburqda «Gazprom» ASC İdarə heyətinin sədri Aleksei Miller-lə, sonra isə «Rosneft» şirkətinin baş icraçı direktoru Igor Sechin-lə görüşüb.

Görüşlər zamanı SOCAR ilə «Gazprom» və «Rosneft» şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikri mübadilələri aparılıb.

Mətbuat xidməti danışıqların detallarını açıqlamır.

XATIRLATMA

SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.

Məqsəd ölkənin neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etməkdir.

SOCAR-ın fəaliyyəti, əsasən, altı sahəni - neft-qaz yataqlarının kəşfiyyatını, hasilatını, emalını, neft kimyasını, enerjidaşıyıcıların nəqlini və xidmətlərin göstərilməsini əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG