Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 07:18

Cəbhəçi fəal 3-cü dəfə Avropa Məhkəməsinə şikayət edir


AXCP fəalı Ruslan Garayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilmiş fəalı Ruslan Qarayev Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edir. Yerli məhkəmələr gənc fəalın bütün şikayətlərini rədd ediblər.

Bu haqda AzadlıqRadiosu-na məlumat verən vəkil Əsabəli Mustafayev Sumqayıt Apellyasiya Məhkəməsinin cəbhəçi gəncin şikayətini rədd etdiyini bildirib.

Buna da bax:​ Sumqayıt cəbhəçisinə 20 sutka verildiyi deyilir [yenilənib]

“Apellyasiya şikayətimizə avqustun 21-də baxıldı. Əvvəlki məhkəmələrin təkrarı idi. Məhkəmə sadəcə, aşağı məhkəmənin qərarını təsdiqlədi, 20 sutkalıq inzibati həbs qərarını qüvvədə saxladı”, – deyən vəkil artıq, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırladıqlarını bildirib. Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətdə gənc fəalın hüquqlarının pozuntusunun tanınması və kompensasiya tələb olunacaq.

Vəkil, həmçinin, Ruslan Qarayevin son bir ildə 3 dəfə inzibati qaydada həbs olunduğunu, əvvəlki iki iş üzrə şikayətlərinin artıq, Avropa İnsan Hüquqları Məhkəməsində olduğunu bildirib.

Buna da bax: Ombudsman gənc fəalın şikayətinin araşdırılmasını istəyir

Xatırlatma

AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qarayevdən avqustun 11-i səhər saatlarından xəbər almaq mümkün olmamışdı. Günün sonunda bəlli olmuşdu ki, onu polis saxlayıb və ardınca 20 sutka inzibati həbs cəzası verilib.

Vəkili R.Qarayevin o zaman saxlanılması ilə bağlı belə demişdi:

“Guya yaşadığı evdən çölə çıxıb, ünvansız söyüş söyməyə başlayıb. Bu zaman təsadüfən, orada olan mülkigeyimli polis əməkdaşları ondan söyüş söyməsini dayandırmasını tələb ediblər. Guya R.Qarayev onların tələblərinə tabe olmayıb”.

Buna da bax:​ Gənc fəalın atası: 'Qanun kimə necə sərfəlidir, o istiqamətdə istifadə edir'

Hazırda AXCP-nin 10-dan çox fəalı uzun müddətli həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG