Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:23

Finlandiyadakı terror aktını 18 yaşlı əslən mərakeşli törədib


Turku şəhərində hücum

Finlandiya polisi Turku şəhərində insanlara bıçaqla hücumun terror aktı olduğunu deyir.

Reutersin avqustun 19-da verdiyi məlumata görə, hüquq-mühavizə orqanları həmçinin hücum edənin əslən Mərakeşdən olan 18 yaşlı yeniyetmə olduğunu təsdiqləyib, amma hələlik onun adı açıqlanmır.

Şənbə gününə keçən gecə Turku şəhəri ətrafında bir neçə nəfər şübhəli həbs olunub.

Amma onların bu cinayətdə əlləri olub-olmaması hələ ki, bəlli deyil.

Cümə günü axşam bir nəfər Turku şəhərinin mərkəzi meydanlarından birində bıçaqla insanlara hücum edib.

Nəticədə iki Finlandiya vətəndaşı ölüb, 8 nəfərsə xəsarət alıb.

Hadisə yerinə gələn polislər hücum edəni ayağından yaralayaraq tutublar.

Ölkə boyu-xüsusilə də hava limanları və vağzallarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG