Kanadalı haker Karim Baratov könüllü ABŞ-a təslim olur.
Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti məlumat yayıb.
ABŞ onu Rusiya kəşfiyyatına işləməkdə və 2014-cü ildə yarım milyarddan çox Yahoo elektron poçtunu sındərmaqda ittiham edir.
Əslən Qazaxıstandan olan 22 yaşlı BaratovKanada məhkəməsində rəsmi şəkildə Kaliforniyanın məhkəmə orqanına verilməsi ilə bağlı razılıq imzalayıb.
Vəkili Amadeo Dikarlo deyir ki, Baratov məsələ ilə bağlı ABŞ-da məhkəmə araşdırmasını tezləşdirmək istəyir.
Baratov bu ilin martında ABŞ-ın sorğusu ilə Kanadada həbs olunub.