Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:04

Moskva Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir


Sergei Lavrov

Rusiya Şimali Koreyaya qarşı iqtisadi sanksiyaların gücləndirilməsinə qarşı çıxır.

Azadlıq Radiosu Rusiya xidmətinin məlumatına görə, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergei Lavrov çıxış edib.

Onun sözlərinə görə, Pxenyana qarşı iqtisadi məhdudiyyətlərin mümkünlüyü praktiki yoxdur.

Qeyd edək ki, Pxenyan nüvə başlıqlarının sayı barədə məlumat verdikdən sonra, onun nüvə proqramı ətrafında vəziyyət yenidən gərginləşib.

BMT-nin təhlükəsizlik şurası avqustun 5-dəŞimali Koreyaya qarşı yeni sanksiyalarla bağlı qətnamə qəbul edib.

Sənəddə bu ölkədən kömür, dəmir filizi və dəniz məhsulları idxalının məhdudlaşdırılması nəzərdə tutulur.

ABŞ hesab edir ki, yeni sanksiyalar Pxenyanın valyuta gəlirlərinin 1/3-nin azalmasına səbəb olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG