Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

Ulyukayev “Rosneft”in rəhbəri İgor Sechin-i ttiham elədi


Aleksei Ulyukayev

Rusiyanın hazırda həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Aleksei Ulyukayev“Rosneft”in rəhbəri İgor Sechin-i ona qarşı təxribat törətməkdə ittiham edib.

O, avqustun 15-də keçirilən məhkəmə prosesində bildirib ki, müstəntiqlər onun rüşvət alması ilə bağlı ittihamı məhz Sechin-in ifadələri əsasında qondarıblar.

Keçmiş nazirin sözlərinə görə, bu təxribatda Federal Təhlükəsizlik Xidməti və “Rosneft” in təhlükəsizlik xidmətinin rəhbəri Oleg Feoktistov da iştirak ediblər.

Ulyukayev bildirib ki, pul dolu çantanın verilməsini Federal Təhlükəsizlik Xidməti əvvəlcədən,guya rüşvət alınacağı ilə bağlı məhz Sechin-in informasiyası əsasında planlaşdırıblar.

Keçmiş nazir deyir ki, onlar rüşvət verilməsini belə gözləməyiblər və Sechin zəng edərək onu öz ofisinə dəvət edib.

Amma Rosneft bundan bir qədər sonra Ulyukayevin ittihamını rədd edib.

Vəkillər işin prokurorluğa qaytarılmasını istəyiblər.

Məhkəmə avqustun 8-də Ulyukayevin ev dustaqlığını yanvarın 27-dək uzadıb.

Ulyukayev ötən ilin noyabrında 2 milyon dollar məbləğində rüşvət alma ittihamı ilə saxlanıb.

İstintaq komitəsinin məlumatına görə, keçmiş nazir bunun müqabilində “Rosneft”in “Başneft” in dövlət paketini əldə etməsinə şərait yaratmalı imiş.

Keçmiş nazir ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG