Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:10

Naftalan neftinə də Tarif Şurası qiymət qoyacaq


Baıda Naftalan Sağlamlıq Mərkəzi

Nazirlər Kabineti qiymətlərini dövlətin tənzimlədiyi malların (işlərin, xidmətlərin) siyahısına dəyişiklik edib.

Hökumət avqustun 14-də bununla bağlı qərar verib.

Qərara əsasən, Naftalan neftinin qiymətini də dövlət tənzimləyəcək.

Qanunvericiliyə əsasən, Naftalan neftinin qiymətini Tarif (qiymət) Şurası müəyyən edəcək.

Hökumət indiyə kimi Naftalan neftinin hasilatını həyata keçirən struktur haqda rəsmi bilgi vermir.

Naftalan neftinin müalicəvi xassələri var və müalicə-sağlamlıq kurortlarında istifadə olunur. Naftalan nefti, əsasən, sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəliklərinin müalicəsində faydalı sayılır. Ondan müalicə preparatlarının istehsalında da istifadə olunur.

Qiymətlərini dövlətin tənzimlədiyi malların siyahısı 2005-ci ilin sentyabrında təsdiqlənib. Sonradan siyahıya bəzi əlavələr edilib. Siyahıya 44 mal (işlər və xidmətlər) daxildir.

Bu il Nazirlər Kabineti bu siyahını üç dəfə yeniləyib. Azərbaycanda enerjidaşıyıcıların, suyun, çörəyin, dərmanın və bir sıra xidmətlərin qiymətini Tarif Şurası müəyyən edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG