Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 10:49

2017-18-ci tədris ili üzrə ali təhsil müəssisələrinin 42 min 669 plan yerinin 85 faizi artıq dolub.

Bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, 42 min 669 yer uğrunda müsabiqədə 42 min 804 abituriyent iştirak edib. Onlardan 36 min 428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunublar.

Onlardan 11 min 775 nəfərin dövlət sifarişi, 24 min 653 nəfərin isə ödənişli əsaslarla təhsil alacağı bildirilir.

Hazırda dövlət ali təhsil müəssisələrində vakant yerlərin sayı 3 min 663, özəl ali təhsil müəssisələrində isə 2 min 579 nəfərdir.

Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerlərinin artıq, dolduğu bildirilir.

Buna da bax: Hökumət 300-400 bal toplayanlarla nə etmək istəyir? [video]

15 ali təhsil müəssisəsində yerlərin 90, 7 ali təhsil müəssisəsində 80, 5 ali təhsil müəssisəsində isə 50 faizinin dolduğu qeyd edilib. Ancaq həmin ali təhsil müəssisələrinin adları açıqlanmır.

Dövlət ali təhsil müəssisələrinə qəbul olunanlardan 29 min 284 nəfəri Azərbaycan, 3 min 478 nəfəri isə rus bölməsinə təhsil alacaq. Özəl ali təhsil müəssisələrinə düşənlərinsə 3 min 506 nəfəri Azərbaycan, 160 nəfəri rus bölməsinin payına düşür.

DİM bildirir ki, tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.

Buna da bax: Gənclər hansı ixtisasa ehtiyac olduğunu necə bilsin? [video]

I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.

Bu il Azərbaycanda ilk dəfə imtahanlar iki dəfə olub. Üstəlik, imtahanlar ödənişli əsaslarla təşkil edilib. İmtahanların qiyməti 10 manatdan 100 manat arasında dəyişir. Yalnız ilk dəfə imtahan verənlər ödənişdən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG