Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:10

Ünvanlı sosial yardım alanlar azalıb


"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."

Bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 672.4 milyon manat vəsait yönəldilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 131.5 milyon manat və ya 8.5 faiz çoxdur. Vəsaitin 97.3 faizini pensiya xərcləri təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

2017-ci ilin altı ayı ərzində əhaliyə 45.8 milyon manat məbləğində müavinət ödənilib. Bunun da 23.5 faizi hamiləliyə, doğuma, 24.3 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, 15.1 faizi dəfn, 37.1 faizi isə digər məqsədlərə görə verilib.

2017-ci il iyulun 1-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 328 min 400 nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13.7 faizini təşkil edir. Onların 59.4 faizi yaşa, 29.3 faizi əlilliyə, 11.3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Məlumatda bildirilir ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, cari ilin əvvəlindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6 faiz artaraq 202.2 manat təşkil edib.

2017-ci il iyulun 1-i 378 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşla bağlı müavinət alanların sayı 22 min, əlilliyə görə 155.9 min, ailə başçısını itirməyə görə də 43.1 min nəfər olub. 72.2 min 18 yaşa kimi uşaqlar isə sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alıb.

Cari ilin iyulun 1-nə kimi əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 432 nəfər zərərçəkənə kompensasiya verilib.

Ölkədə 120.3 min aztəminatlı ailənin 498.4 min nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilib. Onun bir nəfərə düşən orta aylıq məbləği 35.8 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 10.7 faiz azalıb. Rəsmi statistikaya görə, son illər ölkədə yoxsulların sayında isə azalma yoxdur. Bu 5 faiz olaraq qalır.

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən başlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 7 ayında ölkədə inflyasiya 14 faiz təşkil edib. Ötən il isə bu rəqəm 12.4 faiz olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG