Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 03:15

Günəş tutulacaq


Günəş tutulması

Avqustun 21-i tam Günəş tutulmasının baş verəcəyi bildirilir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytı xəbər yayıb.

Məlumatda bildirilir ki, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.

İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına «Böyük Amerika tutulması» adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.

Növbəti Günəş tutulmasının 2035-ci il sentyabrın 2-də baş verəcəyi ehtimal olunur.

Bu il bununla artıq ikinci Günəş tutulmasının baş verəcəyi ehtimal edilir. Bundan əvvəl fevralın 26-da Günəş tutulması baş vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG