Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 14:25

Rusiyalı turistlər virusa görə Türkiyəyə getmirlər


Antaliya

Rusiyalı turistlər Coxsackievirus virusuna görə (bağırsaq virusu) Türkiyəyə səfərdən imtina edirlər.

İnterfaksın avqustun 9-da yaydığı məlumata görə, artıq xeyli adam turizm bürolarına zəng edərək səfərin təxirə salınmasını istəyib.

Amma virusla bağlı rəsmi orqanlardan təsdiq olmadığından turizm agentlikləri səfərləri təxirə salmırlar.

Kütləvi informasiya vasitələri bundan əvvəl Türkiyədə Coxsackievirus virusu yayılması barədə məlumat yayıb.

“Rospotrebnadzor” ötən həftə bununla bağlı Türkiyəyə rəsmi sorğu göndərib və turistlərin özlərindən dəqiq məlumat almaq üçün qaynar xətt açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG