Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 02:59

XİN: 'Məsuliyyət Ermənistanın üzərinə düşür'


Hikmət Hacıyev

“Törədilən təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür”.

Xarici İşlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün, avqustun 8-də belə deyib. O, qeyd edib ki, avqustun 7-si Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayonunun Qaralar kəndinin sakini, 13 yaşlı Ramin Yusifov xəsarət alıb.

Buna da bax:​ Sarkisian Rohani ilə Qarabağ münaqişəsini müzakirə edib

O, 2016-cı ildən bu yana cəbhə xəttində mülki insanların hədəfə alınması olaylarını yada salıb.

“Ermənistanın yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların, obyektlərin hədəfə alınması artıq, açıq şəkildə təsbit olunub. Ermənistana münasibətdə hökm sürən cəzasızlığın nəticəsidir ki, onların hərbi rəhbərliyi mülki insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiklərini etiraf edən bəyanatlarla çıxış edirlər”, – XİN sözçüsü vurğulayıb.

H.Hacıyev Ermənistanın mülki əhali və obyektlərə hücumlarının beynəlxalq öhdəliklərə zidd olduğunu qeyd edib.

Buna da bax:​ Serzh Sargsian: 'İranın Ermənistanla xüsusi bağları var'

“Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar”, – o, bildirib.

XİN xatırladır ki, Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Buna da bax:​ Rusiya-Ermənistan hərbi birləşməsi doğrudanmı kağız üzərində bir şeydir?

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG