Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:17

Sarkisian Rohani ilə Qarabağ münaqişəsini müzakirə edib


Hassan Rouhani və Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisian bu günlərdə iranlı həmkarı Hassan Rohani ilə Dağlıq Qarabağ münaqişəsi və regional təhlükəsizlik məsələsini müzakirə edib.

Bu barədə avqustun 7-də Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Sarkisianın mətbuat xidmətindən verilən məlumata görə,Hassan Rohani qeyd edib ki,Dağlıq Qarabağ münaqişəsi yalnız dinc yolla həll olunmalıdır və İran üçün regionda sabitlik və sülh vacibdir.

Görüş İran prezidentinin mayın 5-də keçirilən andicmə mərasimi çərçivəsində keçirilib.

Rohani Sarkisianın mərasimdə iştirakını yüksək qiymətləndirib və bildirib ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək.

Liderlər Ermənistanla İran arasındakı iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial olduğunu bildirib və bu yöndə işin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Onların fikrincə bu iki ölkə arasında mal dövriyyəsi və investisiyaların artmasına səbəb olacaq.

Tərəflər görüşdə energetika, kommunikasiya, xüsusilə də İran-Ermnənistan-Türkmənistan formatında qaz və energetika sahəsində 3 tərəfli əməkdaşlığın inkişaf etdirilməsini də müzakirə ediblər.

Onlar həmçinin İranla Avrasiya iqtisadi birliyi arasında azad ticarət razılaşması ilə bağlı danışıqların vacibliyini qeyd ediblər.

Qeyd edək ki, Avrasiya iqtisadi birliyinə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, və Qırğızıstan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG