Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 10:05

2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 14 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin avqustun 7-də açıqladığı məlumatda belə yazılır.

Məlumata görə, ərzaq məhsullarının qiymətləri 18,2, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,6 faiz artıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də bahalaşıb - 9,6 faiz.

Buna da bax:​ 'Payızda yenidən inflyasiyanın artacağı gözlənir' - Media icmalı

Qiymətlər iyulda...

İyul ayında istehlak məhsullarının, xidmətlərin 0,1, qeyri-ərzaq mallarının 1,6, əhaliyə göstərilən ödənişli xidmətlərin isə qiymətlərinin 0,4 faiz bahalaşdığı bildirilir.

Ərzaq məhsullarının qiymətlərində cüzi azalma olub - 1 faiz.

tən ay mal, qoyun əti, pendir, kərə və zeytun yağları, limon, soğan, sarımsaq bahalaşıb.

Un, qarabaşaq, makaron məmulatları, toyuq əti, yumurta, balıq məhsulları, günəbaxan, qarğıdalı yağları, şəkər, banan, alma, armud, alça və şaftalının isə ucuzlaşdığı bildirilir.

Buna da bax: Benzindən sonra qiymətlərdə artım var... [video]

Qeyri-ərzaq mallarının qiymətinə gəlincə, parçalar, ayaqqabılar, inşaat materialları, benzin, mebel, ev əşyaları, xalça və digər döşəmə örtükləri, kiçik elektrik cihazları, soyuducular, tozsoranlar bahalaşıb.

Geyimin, kondisionerlərin, fərdi kompüter və mobil telefonlarının isə ucuzlaşdığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG