Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:18

Trump Əfqanıstanda ordu komandirini işdən çıxarmaq istəyirmiş


John Nicholson

ABŞ prezidenti Donald Trump bu yaxınlarda təklif edib ki, Əfqanıstandakı ABŞ ordu komandiri işdən çıxarılsın. ABŞ mediasının avqustun 2-də yazdığına görə, səbəb kimi həmin ölkədə «Taliban»a qarşı müharibənin dalana dirənməsi göstərilib.

Məlumatda deyilir ki, ötən ay müşavirləri ilə görüşdə Trump Əfqanıstanda irəliləyişin olmamasından narazılığını bildirib, 16 ildir davam edən müharibənin nəylə bitəcəyini sual edib. Xəbəri AP, «NBC News», «Reuters» və digər media orqanları adını çəkmədikləri ABŞ rəsmilərinə istinadla yayıblar.

Trump daha sonra deyib ki, müdafiə naziri James Mattis və baş qərargah rəisi Joseph Dunford Əfqanıstandakı ABŞ qüvvələrinin komandiri, ordu generalı John Nicholson-u işdən çıxarmağı nəzərdən keçirməlidirlər, çünki o, müharibəni qazanmır.

«Reuters»in məlumatına görə, Trump onu da deyib ki, Birləşmiş Ştatlar Əfqanıstanın 1 trilyon dollar dəyərində mineral sərvətindən payını istəməlidir və bu, ABŞ-ın əfqan hökumətinə yardımı əvəzində verilməlidir.

«Reuters» yazıb ki, Trump bir məsələdən gileylənib. O deyib ki, Çin Əfqanıstandakı mədən əməliyyatlarından gəlir götürür, Birləşmiş Ştatlarsa müharibənin bədəlini ödəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG