Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Pakistanın vəzifədən çıxarılmış baş naziri Nawaz Sharif-i onun yaxın köməkçisinin əvəzləyəcəyi gözlənir. Avqustun 1-də parlamentdə səsvermə keçiriləcək.

Shahid Khaqan Abbasi və müxalifətdən olan beş deputat bu posta namizədliklərini veriblər. Ancaq Abbasi-nin qələbə qazanacağı gözlənir. Çünki Sharif-in Pakistan Müsəlman Liqası – Nawaz (PML-N) partiyası parlamentin aşağı palatası olan Milli Assambleyada əsas çoxluğa malikdir.

Abbasi-nin bu postda müvəqqəti qalacağı gözlənir. Sharif-in kisik qardaşı, Pencab vilayətinin baş naziri Shahbaz parlamentə növbədənkənar seçkiləri udan kimi baş nazir postuna keçə bilər. Bu proses təxminən iki ay çəkəcək.

Sharif iyulun 28-də istefa verib, Ali Məhkəmə onu vəzifədən kənarlaşdırıb. Səbəb ötən il açıqlanmış «Panama sənədləri»nin keçmiş baş nazir və ailə üzvlərinin ofşor sərvətini üzə çıxarmasıdır.

Ancaq Sharif özünə qarşı ittihamları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG