Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:17

Putin mesaja görə həbs olunmuş 2 qadını əfv edib


Gürcüstanda Rusiya tannkları. 23 avqust, 2008

Rusiya prezidenti dövlətə xəyanətdə ittiham olunan iki qadını əfv edib. Həmin qadınlar 2008-ci ildə qısamüddətli Rusiya-Gürcüstan müharibəsi ərəfəsində Rusiya hərbi texnikasının hərəkəti barədə gürcü tanışlara mesaj göndərməkdə təqsirli bilinmişdi.

Annik KesyanMarina Dzhandzhgava-nın əfv olunması barədə fərmanlar iyulun 29-da Rusiya hökumətinin saytında yerləşdirilib.

Buna da bax:​ Rusiya-Gürcüstan müharibəsi Qafqazda nəyi dəyişdi?

Sənədlərdə deyilir ki, humanitar prinsiplərə dayanaraq, Kesyan və Dzhandzhgava cəzalarının qalan hissəsindən azad olunurlar.

Kesyan 8, Dzhandzhgava isə 12 il həbs cəzasına məhkum edilmişdilər.

Martda Putin Oksana Sevastidi adlı qadını da əfv etmişdi. O, ötən ilin martında 7 il həbsə məhkum edilmişdi. 2008-ci ildə hərbi avadanlıqla dolu Rusiya qatarının Abxaziyaya doğru getdiyi barədə mesaj göndəribmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG