Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Birbaşa müqaviləylə 830 milyon manat bölünüb


Hesablama Palatası

Bu ilin birinci yarısında dövlət büdcəsindən ayrılan vəsaitin təxminən 830 milyon manatı bir mənbədən satınalma üsulundan yararlanmaqla istifadə olunub.

Dövlət təşkilatları 220 dəfə hökumətə müraciət edib və onu inandırıblar ki, birbaşa müqavilənin bağlanmasına təcili zərurət yaranıb.

Hər 10 satınalma müqaviləsinin biri bir mənbədən satınalma metodunun payına düşür. Müqavilələrin dəyərinə gəlincə, birbaşa müqavilələrin toplam məbləği büdcədən mal, iş və xidmətlərin satın alınmasına ayrılan vəsaitin 72 faizini təşkil edir. Bu haqda Hesablama Palatası iyulun 28-də məlumat yayıb.

Buna da bax:​ Müstəqil dövlət kimi Azərbaycanın hansı elmi kəşfləri var? [video]

Təcili tələbat yaranıbmış...

Palatanın birinci yarımillikdə dövlət büdcəsinin icrası vəziyyəti haqda hesabatında o da deyilir ki, «bir mənbədən» satınalma metodu üzrə istifadəsi nəzərdə tutulan məbləğin (təxminən 830 milyon manat) yarısının xərclənməsi təcili tələbatın yaranmasıyla izah olunub.

Hesablama Palatasının məlumatına görə, altı ay ərzində dövlət büdcəsi vəsaiti hesabına 2172 satınalma proseduru aparılıb, həmin satınalmalar 1 milyard 150,4 milyon manat vəsaiti əhatələyib. Satınalmalardan 16,7 faizi açıq tenderlər, 4,4 faizi təkliflər sorğusu, 68,7 faizi kotirovka sorğusu üsuluyla keçirilib. Xərclənməsi nəzərdə tutulan vəsaitin 19 faizi tender, 6 faizi təkliflər sorğusu, 3 faizi isə kotirovka sorğusu üzrə sərf olunacaq.

Buna da bax: 150 mln. qazanan dövlət şirkəti hansıdır?

Birbaşa müqavilələr heç yerdə açıqlanmır

Bir mənbədən satınalma və təkliflər sorğusu üsullarının tətbiqinə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti icazə verir. Dövlət Xidməti həmin icazələr haqda heç bir məlumat vermir. Dövlət satınalmaları üzrə bağlanmış müqavilələrinin reyestrinə birbaşa müqavilələr daxil edilmir.

«Dövlət satınalmaları haqqında» qanuna əsasən, bir mənbədən satınalma üsulundan o hallarda istifadə oluna bilər ki, satın alınan mal yalnız şirkətdə olsun, mallara (işlərə və xidmətlərə) təcili tələbat yaransın, fövqəladə hal mövcud olsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG