Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:30

150 mln. qazanan dövlət şirkəti hansıdır?


Xəzər Dəniz Gəmiçiliyi
Xəzər Dəniz Gəmiçiliyi

Dövlətə məxsus, dənizdə yükdaşıma şirkəti gəmilərinin bir hissəsini Xəzər hövzəsindən Qara dəniz sularına ötürməklə qazancını xeyli artıra bilib. «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (AXDG) bu əməliyyatların idarə olunması üçün bu il Türkiyədə və Maltada üç şirkət də qurub.

AXDG-nin maliyyə hesabatında göstərilir ki, «Caspdry Gemi İşletmeciliyi» şirkəti quru yük gəmilərinin, «Casptankers Gemi İşletmeciliyi» şirkəti tankerlərin idarə olunması ilə, Maltada təsis edilən «Azerbaijan Caspian Shipping Limited» şirkəti isə xarici şirkətlərlə əlaqələr yaratmaqla məşğul olacaq. Qara dəniz hövzəsində yükdaşımaların perspektivi yetərincə böyükdür: Gəmiçilik 2016-cı ildə quru yüklərin 66 faizini burada daşıyıb.

MƏNFƏƏT 61 FAİZ ARTIB

Ötən il AXDG neft şirkətlərinə göstərdiyi dəniz nəqliyyatı xidmətlərindən, yük və sərnişin daşımalarından təxminən 455 milyon manat – bir il öncəkindən 37.4 faiz çox gəlir götürüb. Bütün xərclər nəzərə alınmaqla, gəmiçilik 150 milyon manat mənfəət qazanıb. Mənfəət 61 faiz, gəmiçiliyin vergi ödəmələri 20 milyon manat artıb. Şirkət mənfəətindən dövlət büdcəsinə 40.1 milyon manat, digər vergilər üzrə isə 9.3 milyon manat ödəyib. Bundan başqa, onun aktivində dövlət büdcəsinə 16 milyon manatdan çox artıq ödəməsi var.

Bu ilin əvvəlinə AXDG-nin aktivləri 98 milyon manat artıb və 900 milyon manatı keçib. Maliyyə hesabatına müstəqil auditor rəyi verən «Ernst&Young» şirkətin maliyyə durumunun möhkəmliyinə dəlalət edən bu fakta diqqət çəkir: onun maliyyə aktivləri (147.4 milyon manat) öhdəliklərindən 83.2 milyon manat çoxdur. Son bir ildə bu göstərici 50 milyon manat artıb.

YENİ GƏMİLƏRİN ALINMASINA BÖYÜK SƏRMAYƏ QOYULUB

AXDG son iki ildə gəmilərin və digər əsas vəsaitlərin alınmasına 212 milyon manata yaxın sərmayə qoyub. Sərmayələr gəmiçiliyin öz maliyyə resursları ilə məhdudlaşmır. Təsisçi – dövlət də böyük yatırımlar edir. Bu ilin aprelində Bakı Gəmiqayırma Zavodunda iki tankerin və iki Ro-Pax tipli bərə-gəminin tikintisinə dövlət büdcəsindən 8 milyon manat ayılıb. Vəsait bu ilin yanvarında prezident İlham Əliyevin sərəncamıyla ayrılan 16 milyon manatın bir hissəsidir.

GƏMİÇİLİYİN RƏHBƏRLİYİ PİS QAZANMIR

Auditor açıqlayıb ki, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədrinin və onun beş müavininin gəlirləri 249 min manat – 2015-ci ildəkindən 113 min manat çox olub. Onların orta aylıq nominal əməkhaqqı və digər gəlirləri bir ildə 1 min 888 manatdan 3 min 458 manata çatıb.

AXDG 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi nəticəsində yaranıb. Onun 8 min 900-ə yaxın işçisi, çoxsaylı gəmiləri, iki gəmi təmiri zavodu var. Ötən il dənizçilərə 101.5 milyon manat əməkhaqqı və sosial sığorta ödənişləri edilib. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 750 manatdan 950 manata qalxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG