Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:27

Bakıda yaşayış binasında yanğın olub [video]


Bakıda yaşayış binasında yanğın
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Bakıda yaşayış binasında yanğın

Hadisə yerindən verilən xəbərə görə, artıq yanğın söndürülüb.

Yanğın nəticəsində binanın əsasən dam örtüyünün ziyan çəkdiyi bildirilir. Həmin bina iki blokludur və orada 28 ailənin yaşadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Hadisə zamanı ciddi xəsarət alan olmayıb, ancaq təxliyə edilən bəzi sakinlərə ilkin tibbi yardım göstərilib.

+++

Bu gün, iyulun 24-ü səhər saatlarında Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Nazirlik bildirir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisə yerində olan şahidlərin bildirdiklərinə görə, sakinlər binadan təxliyə olunub. Yanğının nədən baş verdiyi, hələlik, açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG