Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 21:56

Azərbaycan, Türkmənistan və Türkiyənin nazirləri görüşür


arxiv

İyulun 18-i Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər naziri Bakıda görüşəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatına görə,Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu “üçtərəfli format”da müzakirələr aparacaqlar.

Müzakirələrdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayında Bakıda keçirilib.

2015-ci il yanvarın 29-da Aşqabadda keçirilən ikinci görüşün yekununda 2015-2017-ci illər üzrə Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

2015-ci il avqustun 28-də Antalyada üçüncü görüş keçirilib.

Belə “üçtərfli formatda” iqtisadi, enerji, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG