Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 08:36

Polşada ədliyyə sistemində dəyişikliklərə etirazlar


Polşa (arxiv fotosu)

İyulun 15-də bir neçə yüz adam Varşavada etiraz aksiyasına çıxıb. Səbəb senatın qəbul etdiyi, ədliyyə sistemiylə bağlı iki qanun layihəsidir. Müxalifət hakim mühafizəkar partiyanın hakimiyyət bölgüsünə zərbə vurmağa çalışdığını deyir.

“Azadlıq! Bərabərlik! Qardaşlıq!” şüarları səsləndirən etirazçılar prezident sarayı qarşısına toplaşıb, prezident Andrzej Duda-nı qanunvericiliyə veto qoymağa çağırıblar.

The Gazeta Wyborcza” qəzeti yazıb ki, nümayişi solçu müxalifət partiyaları və vətəndaş komitələri təşkil edib.

Buna da bax:​ Polşa ABŞ-dan “Patriot” hava hücumlarından müdafiə sistemləri alacaq

Duda-nın imzasını gözləyən birinci qanun layihəsi Milli Ədliyyə Şurası üzvlərini parlamentin seçməsini nəzərdə tutur. Şuranın rolu məhkəmələrin müstəqilliyini qorumaqdır. Parlamentə hazırda sağçı Hüquq və Ədalət (PiS) partiyası nəzarət edir.

İkinci qanun layihəsi isə ədliyyə nazirinə Ali Məhkəmənin hakimlərini təyin etmək səlahiyyəti verir. Qanunvericilikdə deyilir ki, ədliyyə nazirinin seçmədiyi Ali Məhkəmə hakimləri istefaya məcbur ediləcəklər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG