Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 15:14

Polşa ABŞ-dan “Patriot” hava hücumlarından müdafiə sistemləri alacaq


Patriot-raket hücumlarından müdafiə sistemi

Polşa 2022-ci ilədək ABŞ-dan “Patriot” hava hücumlarından müdafiə sistemləri alacaq.

RİA Novostinin iyulun 5-də verdiyi məlumata görə, bunu Polşanın müdafiə naziri Antoni Macerevic deyib.

Məlumata görə Polşa ilə ABŞ müvafiq sənəd imzalayıblar.

Nazirin sözlərinə görə artıq 2022-ci ildən sistemin alınmasına başlanacaq və bu kompleks “istənilən düşmənin” qarşısında Polşanın təhlükəsizliyini təmin edəcək, Rusiyanın “İsgəndər” sisteminə qarşı effektli bir sistem olacaq.

Mecerevic həmçinin deyib ki, Polşa bu yaxınlarda ABŞ-ın “Lockheed Martin” konsernindən uzaq məsafəli “Homar” raket sistemi almaq qərarına gəlib.

ABŞ-ın müdafiə nazirliyi iyunda Polşanın Redzikovo qəsəbəsindəki “Aegis Ashore” hava hücumlarından müdafiə sistemininin təkmilləşdiriləcəyini bəyan edib.

Bu baza Rusiyanın Kalininqrad vilayətinin 250 kilometrliyində yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG