Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 21:50

Tillerson anti-Qətər blokuyla danışıqları bitirir


Saudiyyənin xarici işlər naziri Adel al-Jubeir və ABŞ Dövlət Katibi Rex Tillerson

ABŞ dövlət katibi Rex Tillerson Səudiyyə Ərəbistanı və daha üç ərəb ölkəsiylə danışıqları yekunlaşdırıb. Məqsəd Qətərlə bir aydır davam edən ziddiyyətləri yoluna qoymaq idi, ancaq hələlik, danışıqlarda hər hansı irəliləyişlə bağlı informasiya verilmir.

Tillerson iyulun 12-də Ciddəni tərk edərək Küveytə gedib. Küveyt Qətərin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirlə diplomatik qalmaqalında vasitəçilik edir. Bu ölkələr Qətərin islamçı ekstremistləri maliyyələşdirdiyini iddia edirlər, onun İranla münasibətləri məhdudlaşdırmasını istəyirlər.

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı, yaxud Küveytlə danışıqları şərh etməyib, ancaq iyulun 12-də axşam bildirib ki, Tillerson bir gün sonra Qətərə səfər edəcək, ölkə rəsmiləri ilə görüşəcək.

Dörd ərəb ölkəsi Qətərlə bütün münasibətləri kəsiblər və Dohaya 13 tələb irəli sürüblər. Tələblərə Al-Jazeera televiziyasının bağlanması, Müsəlman Qardaşlığı kimi islamçı qruplarla əlaqələrin kəsilməsi daxildir.

Qətərsə ittihamları rədd edib, tələbləri yerinə yetirməkdən imtina edib, onların ölkənin Qərblə münasibətlərini zədələmək cəhdi adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG