Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 03:26

Həmdərlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edir


Şuşa

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşü ilə bağlı bəyanat yayıblar.

Xəbəri Report yayıb.

Bəyanatda deyilir ki, nazirlər həmsədrlərin bu il yüksək səviyyədə görüş təşkil etmək təklifini prezidentlərinə çatdırmaq barədə razılığa gəliblər.

Vasitəçilər isə öz növbələrində prezidentlərin görüşünün təşkilinə yardımlarını təklif ediblər.

İyulun 11-də baş tutan görüşdə həmçinin təmas xəttindəki vəziyyətin müzakirə olunduğu qeyd edilir.

Nazirlər və həmsədrlər sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində yenidən bir araya gəlməyi qərara alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG