Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 19:16

Trump Rusiyayla kibertəhlükəsizlik planından geri çəkilir


Trump və Putin G-20 sammitində

ABŞ prezidenti Donald Trump iyulun 9-da Rusiyayla kibertəhlükəsizlik birliyi yaratmaqla bağlı təklifindən geri çəkilib. Trump hakerliyin və seçkiyə müdaxilənin qarşısının alınması üçün Rusiya Prezidenti Vladimir Putin-lə bu yöndə işləmək təklifi irəli sürmüşdü. Ancaq bu niyyət öz partiyası daxilində tənqidə səbəb olub.

Trump iyulun 9-da “Twitter”də yazıb ki, “Prezident Putin-lə kibertəhlükəsizlik birliyini müzakirə etməyim bunun baş verə biləcəyini düşünməyim anlamına gəlmir. Bu baş verə bilməz, ancaq atəşkəs baş verə bilər və verdi də!”

Bu, Trump-ın daha öncə dediklərindən geri çəkildiyini göstərir. Atəşkəs dedikdə isə Suriyanın cənubqərbində Rusiyayla Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə olunmuş atəşkəsə işarə edib.

Trump iyulun 7-də Almaniyanın Hamburq şəhərində Böyük 20-liyin (G20) sammiti çərçivəsində Putin-lə görüşüb. O, iyulun 9-da səhər “Twitter”də yazıb ki, Putin-lə seçkiyə haker hücumlarna qarşı kibertəhlükəsizlik birliyi yaradılmasını müzakirə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG