Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 06:40

Paytaxtın yarımillik cinayət statistikası


Foto arxiv

Son yarımildə paytaxtda 6.094 cinayət hadisəsi qeydə alınıb. Əvvəlki ildə bu göstərici 6.644 olub.

Bu haqda iyulun 8-də Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Paytaxt Bakıda bu ilin birinci yarısında şəxsiyyət əleyhinə yönələn cinayətlərin cüzi də olsa azaldığı deyilir. 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz az cinaəyət baş verib. Adam öldürməyə cəhd cinayətlərindəki azalma daha çox - 46,2 faiz olub.

Yarımildə cinayətlərin 79,9 faizinin açıldığı bildirilir. Ağır cinayətlərin 81 fazinin, adam öldürməyə cəhd cinayətlərininsə 100 faizinin üstünün açıldığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG