Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 23:24

İyulun 9-da Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidormeteorologiya Departamentinin xəbərinə görə, gecə 21-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Nazirlik xəbərdarlıq edir ki, iyulun 9-u axşamdan iyulun 10-u gündüz saatlarınadək bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG