Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 10:23

Əfqan Muxtarlının xanımı dinlənildiyini deyir


Leyla Mustafayeva

"Məni dinləyirlər". Müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib həbs edilən jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva belə deyib.

O iyulun 7-də Tbilisidə mətbuat konfransı keçirib.

Leyla Mustafayeva rahatlığının pozulduğunu, az qala hər yerdə dinlənildiyini bildirib.

Buna da bax:​ Leyla Mustafayeva: 'Azərbaycana gəlməyim əllərinə kart verəcək'

"Bir neçə gün əvvəl dostlarımla restoranlardan birində oturmuşduq. Xeyli sonra fərq etdik ki, masamıza çanta qoyublar. Restoran görəvlilərini çağırıb soruşanda, tanımadığımız birisi çantanı götürüb qaçdı", - deyən L.Mustafayevanın ehtimallarına görə, həmin çanta da masaya elə onun danışıqlarını qeyd etmək üçün qoyulubmuş.

O, bu günlərdə Gürcüstana səfər etmiş Azərbaycan müxalifət partiyası rəhbəri ilə görüşü zamanı da dinlənildiyini güman etdiyini bildirib.

L.Mustafayeva baş verənlərlə bağlı polisi bilgiləndirdiklərini deyib: "Gürcüstan polisinə məlumat vermişəm. Ancaq polis bu işlə demək olar ki, məşğul olmaq istəmir".

Buna da bax:​ Gürcüstan prezidenti Muxtarlının xanımını qəbul edib

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisidən oğurlanaraq Azərbaycana gətirildiyini deyir. O, AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə) ittiham olunub. Bundan sonra jurnalistə qarşı CM-nin daha 2 maddəsi - 318.1 və 206.1 maddələri ilə (sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq) də ittiham irəli sürülüb.

Rəsmi Bakı iddia edir ki, Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycanda saxlanılıb və iqtidarın fikrincə, bu məsələ siyasiləşdirilir.

Əfqan Muxtarlı Azərbaycanda təqibdən qaçaraq iki ildir ki, Gürcüstanda yaşayırdı. Son illər o, Azərbaycan hakimiyyətinə qarşı Tbilisidə keçirilən etiraz aksiyalarında fəal iştirak edib.

Buna da bax: 'Gürcü arzusu': 'DİN-nin Əfqan Muxtarlının həbsinə bağlılığı yoxdur'

Əfqan Muxtarlının işi baxılması üçün Avropa Məhkəməsində qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG