Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:55

'Gürcü arzusu': 'DİN-nin Əfqan Muxtarlının həbsinə bağlılığı yoxdur'


Gürcüstanın 'Gürcü arzusu' hakim partiyasının üzvü Levan Gogichaishvili

“Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) azərbaycanlı jurnalist Əfqan Muxtarlının həbsində bağlılığı yoxdur”.

“Gürcü arzusu” Partiyasından olan deputat Zakariya Kutsnashvili nazirlə görüşündən sonra belə deyib.

Hakim partiyadan olan digər deputat Levan Qoqiçaishvili jurnalistin işi ilə bağlı parlament istintaq komissiyasının yaradılması ehtimalları haqda danışıb. O, istintaqa güvənməyin vacib olduğunu ifadə edib.

Buna da bax:​ 'Gürcüstan... kəndirbaza bənzəyir'-filosof

“Belə komissiya o zaman yaradıla bilər ki, parlament üzvləri istintaqın işinin yetərli olmadığını görsünlər. İstintaq başa çatmayıb, odur ki, bu məsələni qaldırmaq tezdir", - o vurğulayıb.

Əfqan Muxtarlının xanımı və vəkilləri hesab edir ki, jurnalist oğurlanaraq Azərbaycana təhvil verilib. Bu prosesdə Gürcüstandakı kriminal polisin iştirak etdiyi ehtimal edilir.

Buna da bax: Gürcüstan Döövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputatı təkzib elədi

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən başına torba keçirilib, ona işgəncə verilib. Zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Buna da bax:​ Dövlət Sərhəd Xidməti: '10 min avronu bir neçə dəfə sayıblar...'

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə isə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG