Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 02:31

AŞPA məruzəçiləri tərəfləri danışıq masasına çağırır


İki yaşında körpə də daxil olmaqla, mülki şəxslərin həlak olduğu Alxanlı kəndi. 04iyul2017

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistan üzrə məruzəçiləri cəbhə xəttində gərginliyin artmasından sonra bəyanatla çıxış ediblər.

Onlar münaqişə tərəflərini atəşkəs rejiminə sayğı göstərməyə, danışıqlar masasına geri dönməyə çağırır, münaqişənin hərb yolu ilə həlli yolunun olmadığını vurğulayırlar.

Bu haqda AŞPA-nın məlumatında bildirilir.

Buna da bax:​ Hərbi atteşe: 'Bütün Amerika onların ailəsi ilə birlikdə hüzn içindədir'

Məlumatda vurğulanır ki, məruzəçilər iki yaşında körpə də daxil olmaqla, mülki şəxslərin həlak olmasından, yaralanmalarından narahatdırlar.

Bəyanat Ermənistan və Azərbaycan üzrə məruzəçilər Alan Meale (Birləşmiş Krallıq), Giuseppe Galati (Italiya), Stefan Schennach (Avstriya) və Cezar Preda (Rumıniya) adlarından verilib.

XATIRLATMA

Azərbaycanın Müdafiə nazirliyinin məlumatına görə Ermənistan Silahlı Qüvvələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub.

Buna da bax:​ Erməni qüvvələri Alxanlını atəşə tutub, 2 kənd sakini həlak olub [Video]

Nəticədə iki dinc sakin həlak olub. Bunlar kənd sakinləri Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevadır.

Qəlpə yarası alan Sərvinaz Quliyeva isə hərbi hospitala çatdırılaraq əməliyyat olunub.

Baş verənlərə görə tərəflər bir-birini ittiham edir.

Son iki gündə beynəlxalq qurumlar Azərbaycanla Ermənistanı münaqişəni danışıqlar yoluyla həll etməyə çağırırlar.

Buna da bax:

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar2
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG