Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 03:51

Rusiya 2019-cu il dekabrın 20-dən Çinə qaz verməyə başlayacaq


Aleksei Miller

“Rusiya 2019-cu il dekabrın 20-dən Çinə qaz verməyə başlayacaq”.

Bu barədə Qazeta.ru iyulun 4-də “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerə istinadla xəbər verir.

Miller bundan əvvəl mətbuat konfransında “Qazprom”un Çinlə qazın verilməsinə başlanmasında razılığa gəldiyini bildirimişdi.

Qeyd edək ki, Rusiya ilə Çin 2014-cü ildə 400 milyard dollarlıq qaz sazişi imzalayıblar.

Mətbuatın yazdığına görə, Rusiya 30 il ərzində Çinə ildə 38 milyard kub metr qaz verəcək.

Qazın qiyməti hər 1000 kub metrə 380 dollardır.

Bu qaz hazırda tikilməkdə olan "Sibirin gücü" kəməri ilə veriləcək.

Rusiya və Çin bu saziş üzərində 10 ildir ki, işləyirdilər. Onlar qiymətdə razılığa gələ bilmirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG