Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 19:42

Rusiyalı müxalifətçi ölkədən getdi


Vyacheslav Maltsev

Rusiyalı müxalifətçi Vyaceslav Maltsev ölkədən gedib.

Bunu “Dojd” televiziya kanalına “Rus yürüşü” hərəkatının sözçüsü Denis Romanov deyib.

Onun sözlərinə görə Maltsev ölkəni, ekstremist cəmiyyət yaratma ittihamı ilə ona qarşı açılmış cinayət işinə görə tərk edib.

Romanov müxalifətçinin hazırda harda olmasına aydınlıq gətirməyib, təkcə onu deyib ki, o, Moldovaya getmək istəyirmiş.

Rusiyanın hüquq-mühavizə orqanları Maltsevə qarşı cinayət işi qaldırılması barədə məlumat vermirlər.

Müxlifətçi sonuncu dəfə iyunun 12-də Moskvada keçirilən korrupsiya əleyhinə mitinqdə iştiraka görə saxlanmışdı.

Amma polis martın 26-da keçirilən eyni aksiyadan sonar Maltsevin tərəfdarlarını dəfələrlə saxlamış və evində axtarış aparmışdı.

XS
SM
MD
LG