Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 128 dəfə pozublar.
Bu zaman 60 millimetrlik minaatanlardan da (9 mərmi) istifadə edildiyi deyilir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs imzalanıb. Müharibə müddətində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.