Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 15:16

Mühafizəkar liderlərin pasportları müsadirə olunub


Nikola Gruevski

Makedoniyada məhkəmə mühafizəkar liderlərin pasportlarının müsadirəsi barədə qərar çıxarıb. Həmin liderlərə keçmiş baş nazir Nikola Gruevski və onun partiyasının dörd rəsmisi daxildir.

Qərar iyulun 3-də böyük səsyazma qalmaqalıyla bağlı çıxarılıb. Qalmaqal 20 min adamın telefon danışıqlarının qanunsuz yazılması üzündən yaranıb.

Gruevski və keçmiş daxili işlər və nəqliyyat nazirləri seçki kampaniyasının maliyyə qaydalarının pozulmasında ittiham olunublar.

Gruevski günahsız olduğunu deyir, xarici agentləri günahlandırır.

Bu qalmaqal siyasi böhtan yaradıb. Ötən ilin dekabrında keçirilmiş seçki Gruevski-nin mühafizəkar VMRO-DPMNE partiyasının 10 illik idarəçiliyinə son qoyub.

Səsyazma təhqiqatı çərçivəsində indiyədək 100-dən çox adam mühakimə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG