Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 09:33

Dəməqşqdə törədilən partlayışda azı 18 nəfər ölüb (Video)


Dəməşqdə partlayış
Gözlə
Embed

No media source currently available

0:00 0:01:03 0:00

Dəməşqdə partlayış

Suriyanın paytaxtı Dəməşqdə törədilən partlayışda azı 18 nəfərin öldüyü bildirilir.

Suriyanın dövlət televiziyası paytaxtda 3 maşının partladıldığını xəbər verir.

Mənbənin məlumatına görə, Suriya polisişəhərə girməyə çalışan 3 şübhəli avtomobili təqib etməyə başlayıb.

Təhlükəsizlik qüvvələri onlardan ikisini saxladaraq partladıblar.

3-cü maşın isə Dəməşqdəki Tahrir meydanına soxulub və mühasirəyə düşəndə intiharçı partlayıcını işə salıb.

Böyük Britaniyada fəaliyyət göstərən Suriya insan haqları mərkəzi ölənlərdən 7-nin təhlükəsizlik xidmətinin əməkdaşları olduqlarını xəbər verir.

Həkimlər isə 12-dən çox adamın yaralandığını deyirlər.

Bəzi məlumatlarda yaralıların 33 nəfər olduğu bildirilir.

Dövlət Televiziyasının məlumatına görə terrorçular Ramazan bayramından sonnra ilk iş günü şəhərin gür rayonlarında partlayış törətmək istəyirmişlər.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG