Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:19

İyulun 1-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 21-24, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq gecə və səhər bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 19-24, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG