Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:46

ABŞ beynəlxalq reyslərdə təhlükəsizlik tədbirlərini gücləndirir


Boeing-747

ABŞ beynəlxalq reyslərdə təhlükəsizlik tədbirlərini gücləndirir.

Bu barədə çərşənbə günü ABŞ daxili təhlükəsizlik nazirliyinin rəsmisi məlumat verib.

Amma yeni planda ictimaiyyətin narahat olduğu kimi , notbuk və digər electron priborların qadağan edilməsi nəzərdə tutulmur.

ABŞ-ın yurisdiksiyası xarici hava limanlarına aid olmasa da ölkəyə birbaşa uçuşlar həyata keçirilən hava yolları onun tələblərinə əməl etməlidirlər.

Amma təhlükəsizliyin təmin edilməsi ilə bağlı yeni tələbləri yerinə yetirə bilməyən hava xətləri, əldə elektronika keçirilməsinə məhdudiyyət qoyan bəndə düşə bilər.

Avropa və ABŞ rəsmiləri Reuters agentliyinə bildiriblər ki, hava yolları 21 gün ərzində partlayıcı aşkar edilməsi və planda nəzərdə tutulan digər tələbləri yerinə yetirmək üçün sərnişinlərin özləri də daxil olmaqla ciddi yoxlama tətbiq etməlidirlər.

Yeni təhlükəsizlik tədbirləri artıq bu yaydan başlayacaq və bu, 105 ölkədən 180 hava yoluna aid olacaq.

“The Hill” nəşri ABŞ daxili təhlükəsizlik nazirliyinə instinadla yazır ki, bu plan orta hesabla sutkada 2 min uçuşa aid olacaq.

Rəsmilər hesab edir ki, hava yollarının yeni qaydaları həyata keçirmələri üçün xeyli vaxt var və onların 99 faizi bunun öhtəsindən gələ biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG