Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 08:54

Keçmiş səfir axtarışa verilməsini dəyərləndirdi


A.Məmmədov

Keçmiş diplomat Arif Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında axtarışa verilməsi barədə xəbərə münasibət bildirib. O deyib ki, narahatlığa əsas yoxdur.

«Onlar mənim hərəkət sərbəstliyimi məhdudlaşdırmaq istəyirlər. Çalışırlar ki, Avropadan kənara səfərlərim olmasın, işarə verirlər ki, Qafqaza gəlməyim. Görünür, Azərbaycan Naminə Demokratiya (AND) qurumunun növbəti toplantısının Gürcüstanda keçirilməsi ilə bağlı bizim planlarımız onları qorxudub», - A.Məmmədov bildirib.

Bakı polisi Arif Məmmədovu axtarır

Keçmiş diplomat Arif Məmmədov axtarışa verilib.

Onun axtarışı haqda məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, 1964-cü il təvəllüdlü Arif Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edilib.

A.Məmmədov 2000-ci ilin mayından 2006-cı ilin noyabrına kimi Brüsseldə Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri işləyib.

2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrına kimi də Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi kimi fəaliyyət göstərib.

2013-cü ilin iyun ayından etibarən isə Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olub.

2015-ci ilin mayında Binəqədi rayonunda hündürmərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra o, hakimiyyəti sərt tənqid etməyə başlamışdı. Yanğına əsas səbəb kimi binanın üzərinə çəkilmiş penoplast üzlüklər göstərilirdi. İctimaiyyət arasında bəzi tanınmış simalar belə bu hadisəni korrupsiya üzündən baş verən yanğın hadisəsi kimi dəyərləndirirdilər.

Səfir A.Məmmədov da belə tənqidlərdən sonra vəzifəsindən azad edilib geri çağırılsa da, Bakıya qayıtmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG