Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 09:27

İyunun 26-sı Fransanın Strasburq şəhərində «Avropa Şurası daxilində mətbuatın susdurulması» mövzusunda dinləmələr keçirildiyi bildirilir.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynovun deməsinə görə, dinləmələrdə Azərbaycanda medianın vəziyyətindən, bloqqer Mehman Qələndərovun təcridxanada müəmmalı ölümündən və jurnalist Əfqan Muxtarlının həbsindən bəhs edilib. Müzakirələrdə 10 ölkədən 20-yə yaxın deputatın da iştirak etdiyi bildirilir.

«Tədbirdə Gürcüstanın hakim partiyasından iki millət vəkili də iştirak edirdi. Onlar Əfqan Muxtarlının işi ilə bağlı təəssüf hissi keçirdiklərini və istintaq həqiqətlərinin tez bir zamanda üzə çıxmasının tərəfdarı olduqlarını bildiriblər»,-deyə E.Hüseynov bildirib.

Tədbirdə «Azərbaycan saatı» teleproqramının təsisçisi Qənimət Zahid də çıxış edib. Q.Zahid öz çıxışında «Azadlıq» qəzeti və Turan TV-nin əməkdaşlarına təzyiqlərdən danışıb.

E.Hüseynovun deməsinə görə, Gürcüstanın «Rezonans» qəzetinin baş redaktoru Lasha Tugushi isə çıxışında Ə.Muxtarlının həbsinə toxunub. O bildirib ki, Ə.Muxtarlının Tbilisidə müəmmalı şəkildə yoxa çıxması və Azərbaycanda həbs edilməsi Gürcüstanın müasir tarixinə və Qərbə inteqrasiyası planına ziddir.

Gürcüstanda olan deputatlar isə deyiblər ki, bu məsələdə hökumətlərinin iştirakı olmayıb.

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

RATİ rəhbəri tədbirin məqsədi ilə də bağlı bunları deyib:

«Biz avropalı deputatları inandırmağa çalışırdıq ki, artıq Avropa Şurasının Azərbaycan hökumətindən insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməyin vaxtı çatıb».

Azərbaycan rəsmiləri isə ölkədə mətbuata təzyiqlərin olması ilə bağlı fikirləri qəbul etmirlər. Prokurorluq bloqqer Mehman Qələndərovun bu il təcridxanada müəmmalı ölümü ilə bağlı istintaqın aparıldığını bildirib.

İlkin rəsmi açıqlamalara görə, bloqqer intihar edib və onun bədənində işgəncə əlamətləri aşkarlanmayıb.

Azərbaycan rəsmiləri Gürcüstanda oturum izini alan jurnalist Ə.Muxtarlının Tbilisidə oğurlanaraq Azərbaycana təhvil verilməsi ilə də bağlı iddiaları təkzib edirlər. Onlar deyirlər ki, bu il mayın 29-u jurnalist sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb. Üstəlik, üzərində 10 min avro aşkarlanan jurnalist saxlanarkən hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Jurnalist Ə.Muxtarlı isə deyir ki, onu Tbilisidə tutub Azərbaycana təhvil veriblər. Həmin pulu da sərhədə cibinə qoyublar. Jurnalist tutularkən işgəncəyə məruz qaldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG