Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Albaniyada parlament seçkisidir


Albaniyada seçkilər

İyunun 25-də Albaniyada parlament seçkiləri keçirilir. Ölkə Avropa Birliyi ilə üzvlük danışıqlarından öncə demokratik göstəricilərini möhkəmləndirmək istəyir.

Hakim Sosialistlər və rəqib Demokratlar parlamentdə çoxluğu qazanmağa iddialıdırlar.

NATO üzvü olan Albaniyanın 2,9 milyon əhalisi var. Ölkə 2014-cü ildə AB-yə namizəd statusunu qazanıb. Ancaq gözlənilən islahatların yubanması ucbatından bu proses yavaşıyıb. Seçki prosesində də islahatlar aparılmalıdır.

Buna da bax:​ Albaniyada TAP-ın tikintisinə başlanıb

Demokratlar seçkini boykotla hədələyirdilər, onlar ədalətli səsvermənin təmin edilməsindən sosialist baş nazir Rama-nın seçkidən qabaq istefasını tələb edirdilər.

Mayda Birləşmiş Ştatlar və Avropa Birliyi tərəflər arasında razılaşmaya vasitəçilik etdi, müxalifətə seçki prosesinə daha böyük nəzarət verildi.

Seçkinin ilkin nəticələrinin iyunun 26-da elan olunacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG