Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 14:01

Hər dörd ailədən biri dağılıb


Mehriban Zeynalova

“İnsanları boşanmaya xəyanət, yoxsulluq və məişət zorakılığı vadar edir”.

Son dövrlərin statistikasında boşanma hallarında artımın müşahidə olunmasını dəyərləndirən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova belə deyib.

O, vurğulayır ki, qadınlar, xüsusən təhsili və peşəsi olanlar döyülməyə, ələ salınmağa dözmür. İqtisadi asılılıqla barışmaq istəmir.

Buna da bax:​ Azərbaycan ailələrini dağıdan əsas səbəblər - işsizlik və sosial media

Boşanmış qadınlara münasibət dəyişib...

“Onlar gələcək həyatlarını sərbəst şəkildə qurmağa çalışırlar. Bunu üçün gücləri və imkanları da var. Boşanmış qadınlara münasibət də dəyişib. Əvvəllər bu status məzəmmətə və mənfi münasibətə səbəb olurdu”, - M.Zeynalova bildirib.

Azad Isazadə
Azad Isazadə

Boşanma böhranından çıxış yollarından bəhs edən psixoloq Azad İsazadə isə Azərbaycanda ailə psixoloqu institutunun, bu profilli konsultasiya mərkəzlərinin yaradılmasını vacib sayır.

“Təəssüf ki, bizdə belə mütəxəssislər yoxdur, heç bir ali məktəbdə belə mütəxəssislər hazırlanmır. Boşanmaların profilaktikasında bu institut müsbət rol oynaya bilərdi”.

Buna da bax:​ Azərbaycanda boşanmalar artıb, nə üçün...[kiçik araşdırma]

Ailə psixoloqu institutu

A.İsazadə bildirir ki, ailə psixoloqu çox vaxt həyat yoldaşlarının birlikdə yaşaması mümkünlüyünün şübhə altına düşdüyü halda tələb olunur. Mütəxəssis həyat yoldaşlarının boşanma zamanı münaqişədən qurtulmalarına və ondan sonra dostluq münasibətlərini qoruyub saxlamalarına kömək edə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin məsləhətçisi Aynur Veysəlova isə deyib ki, bəzi gənclər maddi, psixoloji cəhətdən hazır olmasalar da, ailə qurmaq barədə tələsik qərar verirlər.

“İqtisadi çətinliklər, sosial-məişət problemləri də boşanmalara gətirib çıxarır. Orta, ali məktəblərdə bu məsələlərə lazımi diqqət yetirilmir, gənclər müstəqil həyata hazırlanmır”, – A.Veysəlova bildirib.

Buna da bax:​ "Boşanmaların 20-30 faizinin səbəbi sosial şəbəkələr olub"

Dövlət Statistika Komitəsinin məlumatında yazılır ki, Azərbaycanda bu ilin yanvar-aprel ayları ərzində 4896 boşanma qeydə alınıb. Pozulmuş nikahların sayı isə 18 229 təşkil edib.

1000 nəfər əhaliyə düşən nikahların sayı 5,7, boşanmaların sayı 1,5 təşkil edib. İlin əvvəlindən etibarən, az qala hər dörd ailədən biri dağılıb.

Statistik bilgilərin analizi göstərir ki, boşanmalarda artım təmayülü güclənir. 2010-cu ildə ölkədə 9061 ailə dağılıbsa, 2011-ci ildə belə faktların sayı 10757, 2012-ci ildə 11087-ə yüksəlib.

2013-cü ildə 11730, 2014-cü ildə 12088, 2015-ci ildə 12764, 2016-cı ildə isə 13114 boşanma olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG