Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 20:55

Azərbaycanda boşanmalar artıb, nə üçün...[kiçik araşdırma]


Arxiv fotosu.

“Hər gün evə içib gəlirdi, dava-dalaş çıxarırdı”, – 18 illik evliliyinə son qoyan Azadə Əhmədova (ad-soyad şərtidir) AzadlıqRadiosu-na deyir. O, məhkəmənin qanunla yaşamaq hüququ tanıdığı evini də məcburən tərk etməli olub: “Həyət evidir, iki otaqdır, məhkəmə aramızda böldü. Mən də xərc çəkdim, girişini ayırdım”.

“Söz verirdi ki, içməyəcək...”

3 uşaq anası Azadə Əhmədova danışır ki, keçmiş həyat yoldaşı yenə də onlara göz verib-işıq verməyib. Bundan sonra kirayəyə çıxıb: “Ailəmizdə narazılıqlar çoxdan, uşaqlar lap balaca olanda başlamışdı. Dəfələrlə atam evinə qayıtmışam, sonra bacı-qardaşı gəlib geri qaytarıb. Yoldaşım da söz verirdi ki, içməyəcək, dalaşmayacaq. Bir müddət içkidən uzaqlaşırdı. Amma sonra qayıdıb içirdi, hər şey yenidən başlayırdı. Son illərdə lap pis olmuşdu, adama cumurdu, döyürdü. Uşaqlar qorxurdular”.

Buna da bax:​ Azərbaycanda boşanmalar artıb

Azadə Əhmədova deyir, boşanmaq qərarına uşaqları heç nə deməyiblər, əksinə, onun qərarını dəstəkləyiblər: “İndi oğlum əsgərlikdədir, böyük qızımı da gəlin köçürmüşəm, sonbeşiyimlə bərabər işləyirik”.

Boşanmanın əsas səbəbi: “Xasiyyətimiz tutmur”

Azadə Əhmədova 2016-cı ildə boşananlardan biridir. Dövlət Statistika Komitəsindən AzadlıqRadiosu-na verilən məlumata görə, ötən ilin 11 ayı ərzində 12 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 1,4 boşanma sayı düşüb. 2015-ci ildə isə bu rəqəm 1,3 olub.

“Cüzi də olsa, hər min nəfərə düşən boşanma sayı iki il öncə ilə müqayisədə artıb”, – Ailə, Uşaq, Qadın məsələləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova AzadlıqRadiosu-na açıqlamasında deyir.

Buna da bax: Boşanmaların səbəbləri: işsizlik...

Taliyə İbrahimova: "Əsas səbəb “xasiyyətlərin üst-üstə düşməməsi”dir"
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00
Direct-ə keçid

Komitənin təhlillərinə görə, Azərbaycanda boşanma səbəbləri arasında əsas yeri “xasiyyətlərin üst-üstə düşməməsi” tutur, ikinci yerdə ailənin övladının olmaması gəlir. “Spirtli içkidən və ya narkotikdən istifadə, məişət zorakılığı səbəbləri sonrakı yerlərdədir”, – Taliyə İbrahimova qeyd edir.

“Temperament uyğunsuzluğu da səbəbdir”

Şöbə müdiri bildirir ki, “xasiyyətlərin üst-üstə düşməməsi”nin fərqli səbəbləri var, ancaq cütlüklər məhkəməyə ayrılma istəklərini məhz bu səbəb altında təqdim etdiklərindən, gerçəklik pərdə arxasında qalır:

“Valideynlərin məsləhəti-seçimi əsasında qurulan nikahlar bəzən bu səbəbdən pozulur. Cütlüklərin səviyyə uyğunsuzluğu ortaya çıxır, ailədə münaqişələr yaranır. Sosial, psixoloji uyğunluq vacibdir, hətta psixoloqlar temperament uyğunsuzluğunu da göstərirlər”.

Buna da bax:​ Bohranla dirəşən Azərbaycan adəti

T. İbrahimova maddi çətinliklərin boşanmalara gətirib çıxarmasında əsas rol oynadığına inanmır, deyir, Komitənin təhlilləri zamanı kasıb ailələrdə olduğu kimi, imkanlı cütlüklər arasında da boşanma halları müşahidə edilir: “Müxtəlif sosial təbəqələrdə boşanmalar müşahidə edirik. Deyərdim ki, maddi imkanlar boşanma səbəbləri arasında ən axırda gəlir”.

Boşanma halları rəqəmlərdə...

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, son 6-7 ildə boşanma cüzi də olsa, artım tempi ilə gedib.

2015-ci ildə şəhər yerlərində hər min nəfərə 1,7, kənd yerlərində 0,9 boşanma halı qeydə alınıb və bu tendensiya əvvəlki illərdə də oxşar olub.

5 ilə qədər davam edən nikahlar arasında ən çox boşanma - kişilər arasında 25-29 yaş (1600-dən çox) və 30-34 yaş qrupunda (1000-dən çox) qeydə alınıb.

Buna da bax: Hər 7 saniyədə bir uşaq ərə verilir

5-19 illik nikahlar arasında ən çox boşanma da 30-34 yaşa düşüb. 20 illik nikahını pozanlar arasında isə 45-54 yaş qrupu daha fəal olub.

Qadınlar arasında ən çox boşanma halları 20-29 yaş qrupundadır.

Rəsmi statistikaya görə, boşanmış 4 min 500-dən çox kişi, 2 min 300-dən çox qadın yenidən bəxtini sınayaraq 2015-ci ildə ikinci dəfə ailə qurub.

“Uşaqlar əziyyət çəkir”

Ailə, Uşaq, Qadın məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyir ki, boşanmaların qarşısını almaq üçün psixoloq yardım, ünsiyyət imkanlarını genişləndirmək çox vacibdir. O, boşanmalardan uşaqların da əziyyət çəkdiyini deyir. Bir məqama diqqət çəkir ki, 2015-ci ildə boşanmış 13 minə yaxın ailənin 7-minə yaxını uşaqsız olsa da, 6 minə qədəri uşaqlı ailələr olub.

Buna da bax:​ Azərbaycanda doğum azalır, ölüm çoxalır

Şəhla İsmayıl
Şəhla İsmayıl

“Cütlüklər çox vaxt ailəyə hazır olmur”

“Cütlüklərin ailə hazırlıqları çox aşağı olur, bir çox hallarda da bu, boşanmaya gətirib çıxarır”, – Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl nikahların pozulma səbəbini daha çox bunda görür. O, boşanmaların artma tendensiyasından narahatlığını açıqlayır, hesab edir ki, son illərdə sosial-iqtisadi durumun pisləşməsi də ailə münasibətlərinə təsir edən amildir.

Şəhla İsmayıl deyir ki, əslində, rəsmi rəqəmlər real mənzərəni əks etdirmir: “Çünki nikah və boşanma statistikası rəsmi qeydiyyata əsaslanır. Azərbaycanda isə qeyri-rəsmi nikahda, kəbinlə yaşayanlar da çoxdur və onların da arasında ayrılmalar olur. Bu mənada, boşanma ilə bağlı durum daha acınacaqlıdır”, – o əlavə edir.

Şəhla İsmayıl: "Boşanma ilə bağlı durum daha acınacaqlıdır”
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

Buna da bax:​ Hər il erkən nikahdan 2 min uşaq doğulur

QHT rəhbərinin fikrincə, cütlüklərin ailə məsuliyyətini dərk etməsi, ər və arvadın ailədə öz öhdəliklərini bilməsi üçün məktəbdən başlayan maarifləndirməyə ehtiyac var.

Günün bütün mövzuları

XS
SM
MD
LG