Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:32

Hər il erkən nikahdan 2 min uşaq doğulur


Doğum evi

«Hər il Azərbaycanda erkən nikahlardan 2000-dən çox uşaq doğulur».

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov belə deyib.

O, APA-ya açıqlamasında Azərbaycanda erkən nikahlarla bağlı problemlərin olduğunu bildirib.

«Bu sahədə aparılan işlər erkən nikahların sayının azalmasına səbəb olub. Məsələn, illər öncə təxminən hər il ölkəmizdə 2500-2800 erkən nikah qeydə alınırdısa, bu gün bu rəqəmlər 400-500 civarındadır. Erkən nikahlardan doğulan uşaqların sayı isə 3200-3500-dən 2000-ə düşüb», - E.Səfərov vurğulayıb.

O, erkən nikahlara qarşı Dövlət Komitəsinin reabilitasiya proqramları icra etdiyini söyləyib.

«Yerli icra hakimiyyəti orqanlarının məişət zorakılığı ilə əlaqəli monitorinq komissiyaları erkən nikahların qeydiyyatını aparır. Erkən nikahın qeydə alındığı ailələrə daha çox dəstək göstərilir. Qız əgər özü razılaşıb birgəyaşayışa daxil olubsa, onun təhsilinin davam etdirilməsi və digər sahələrdə təminatın yaradılması ilə bağlı işlər görülür», - E.Səfərov əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG