Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 06:57

Donald Tusk Britaniyanın Avropa Birliyində qalmasını istisna eləmir


Donald Tusk və Petro Poroshenko

Avropa Şurasının rəhbəri Donald Tusk bildirib ki, Böyük Britaniyanın Avropa Birliyində qalmasını istəyir.

Politico.eu saytının məlumatına görə, o iyunun 22-də Ukrayna prezidenti Petro Poroshenko ilə keçirdiyi birgə mətbuat konfransında Böyük Britaniyanın Avropa Birliyinin tərkibində qalmasının hələ ki, tam istisna olmadığını bildirib.

“Bir sıra britaniyalı dostlarım məndən soruşurlar, “Breksit”i ləğv eləmək olar? Mənsə onlara deyirəm ki, Avropa Birliyi qeyri-mümkün görünən arzular üzərində qurulub. Ona görə də kim bilir?Ola bilsin mən xəyalpərəstəm, amma tək deyiləm” , Tusk bildirib.

Tusk qeyd edib ki, Britaniyanın Avropa Birliyindən çıxması “ağır prosesdir”. Amma Brüssel onu həll etməyə hazırdır.

Qeyd edək ki, İyunun 22-də Brüsseldə Avropa Birliyinin sammiti keçirilir.

Xatırladaq ki, Britaniya sakinləri 2026-cı il iyunun 23-də keçirilən referendumda azacıq səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Böyük Britaniya birlikdən çıxmaq üçün 91-113 milyard avro arasında maliyyə öhtəliyinə əməl etməlidir.

Avropa Birliyi ilə Böyük Britaniya iyunun 19-da “Breksit” danışıqlarının planı və cədvəlini razılaşdırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG