Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:32

Beş ayda Azərbaycandan Türkiyəyə sərmayələr artıb


İstanbulda yeni tikilən binaların modeli

Bu ilin əvvəlindən bəri Türkiyədə qurulan Azərbaycan sərmayəli şirkətlərin ilkin kapitalına 27,5 milyon türk lirəsi yatırılıb. Bunun 95 faizi Azərbaycan mənşəlidir.

Türkiyə Palatalar və Birjalar Birliyinin açıqladığı statistikaya görə, beş ayda bu ölkədə yaradılan xarici sərmayəli şirkətlərin 71-nin kapitalında Azərbaycandan olan işadamları da iştirak edib. Yatırımların əsas hissəsi isə may ayının payına düşür: ötən ay qurulan 15 şirkətin ilkin kapitalı 16 milyon lirəyə yaxın olub.

Buna da bax:​ 34 milyonluq inəklər: Mühüm sərmayə, yoxsa korrupsiya?

2016-cı illə müqayisədə təsis olunan şirkət sayında fəallıq aşağı düşsə də, beş ayda kapitala ilkin yatırım əvvəlki ilə nisbətən 2,5 dəfə çox olub.

Türkiyənin İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycan 2010-2016-cı illərdə bu ölkəyə 4,9 milyard dollarlıq yatırımla 12-ci yerdə qərarlaşıb. Bunun əhəmiyyətli hissəsi SOCAR-ın payına düşür. Sərmayənin müəyyən qismini Dövlət Neft Fondu maliyyələşdirir. Türkiyənin rəsmi mənbələri bu ilin yanvar-fevralında Azərbaycandan bu ölkəyə yönələn sərmayə həcminin 129 milyon dollar məbləğində olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG