Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 18:10

Khamenei-dən İraqa xəbərdarlıq


Ali Khamenei

İranın ali dini lideri Ali Khamenei iyunun 20-də İraq liderinə xəbərdarlıq edib. Xəbərdarlıq «İslam Dövləti» (İŞİD) qruplaşmasıyla savaşda şiə hərbi birləşmələrinin rolunun azaldılması, Birləşmiş Ştatlara etibarın güclənməsiylə bağlıdır.

Khamenei Tehranda İraqın baş naziri Haidar al-Abadi-ylə görüşündə deyib ki, şiə döyüşçülər İraqda sünni ekstremistlərin geri oturdulmasında əsas qüvvədir, Bağdad Birləşmiş Ştatlara etibar etməməlidir.

Xalq Səfərbərlik Qüvvələri adlanan şiə döyüşçülər Bağdadın İŞİD-ə qarşı müdafiəsinə kömək göstərib. 2014-cü ildə İraq ordusundan və polis bölmələrindən kütləvi fərarilik halları çoxalmışdı.

O vaxtdan 60 mindən çox şiə döyüşçü İraqın şimalında və qərbində torpaqların İŞİD-dən alınmasında iştirak edir.

Ancaq həmin yerlərdə yaşayan sünnilər şiə döyüşçüləri qarətdə, adam oğurluğunda, qətllər törətməkdə suçlayır.

İraqın şimalında bəzi ərəb liderləri Bağdaddan bu şiə döyüşçüləri həmin ərazilərdən çıxarmağa çağırıblar. İransa buna etiraz edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG