Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 02:13

Bəzi rayonlarında yağış gözlənir


Yağış

İyunun 21-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının leysana keçəcəyi bildirilir. Gecə 16-21, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG