Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:09

2017-ci ilin yanvar-may aylarında ölkədə 25 milyard 338.7 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, ÜDM azalıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM-dəki azalma 0.9 faiz təşkil edib.

ÜDM-nin 44.1 faizinin sənayedə, 10.9 faizinin ticarət, 8.3 faizinin tikintidə, 7.3 faizinin nəqliyyat və anbar təsərrüfatı sahəsində istehsal edildiyi bildirilir.

Məhsul və idxala xalis vergilər isə ÜDM-in 7.1 faizini təşkil edib.

DSK-nin məlumatına görə, qeyd olunan dövrdə qeyri-neft sektorunda artım olub. Qeyri-neft sektorundakı artımın əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.3 faiz olduğu bildirilir.

Ötən il Azərbaycanda ÜDM-nin 3.8 faiz azaldığı deyilirdi.

Dünya bankının hesabatına görə, bu il Azərbaycana ÜDM 1.4 azalacaq. Qurum bank sistemindəki zəifliklərin, sərt pul-kredit siyasətinin artıma təsir göstərdiyini bəyan edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG