Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 01:35

Paytaxtın mərkəzi küçələrində su olmayacaq


Su

Bu gün, iyunun 19-u Bakının bir sıra mərkəzi küçələrinə su verilməsində məhdudiyyət olacaq.

Bu barədə «Azərsu» ASC məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı şəhəri Nəsimi rayonunun Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində təmir işləri aparılacaq.

Nəticədə saat 11-dən saat 18-ə kimi Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Ötən həftə Xırdalan dairəsi və Sulutəpə qəsəbəsinin də bəzi məhəllələrinə bir neçə gün su verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG